Hansı bölgədə daha çox müəssisə yaradılıb?

Hansı bölgədə daha çox müəssisə yaradılıb?Azərbaycanda ötən il ərzində yaradılan müəssisələrin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ölkədə 7679 müəssisə yaradılıb.
Yeni müəssisələrin 57,4 faizi Bakıda, 9,8 faizi Aran, 7,9 faizi Abşeron, 7,0 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
75126 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

18-01-2015, 13:52



Fikirlər