Qəbələ DSMF müdiri Elçin Əliyevin özbaşınalığına "dur" deyən olacaq...?

Qəbələ DSMF müdiri Elçin Əliyevin özbaşınalığına "dur" deyən olacaq...?















Dosye.org xəbər verir ki, Prezident seçkilərindən sonra ölkənin yenidən prezidenti seçilən İlham Əliyev bəzi məmurlara görk olsun deyə yetərincə islahatlar keçirdi.

Ölkədə xalqa qənim kəsilən bir çox müzdlü generallar, yüksək çinli məmur və məmur övladları həbs olundu. Amma buna baxmayaraq çox təəssüflər olsun ki, bəzi kiçik məmurların özbaşınalığı davam edir. Azərbaycan xalqına qənim kəsilən və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu güman edirəm, hələ ki, unutmamısınız.

"Hələ ki"ni ona görə deyirəm ki, bizlər köhnə zülmləri tez unudan xalqıq və keçmişin ardınca danışmırıq ki, keçdi getdi ve gələcəyə ümid olmayan yerdən belə ümid tapıb baxırıq. Nə isə, həmin o Səlim Müslümov vəzifəsindən çıxarıldıqdan sonra milyonlar yox, hətta milyardlarla xalqın pulunu mənimsəməsi haqqında məlumatlar mətbuatda dolaşmağa başladı və bu günümüzdə də hara baxırıq onun oğurladığı pullar barəsində məlumatla toqquşuruq. Səlim Müslümov vəzifəsindən çıxarılmasına baxmayaraq onun himayədarlıq etdiyi bəzi rayon DSMF sədrləri də vəzifələrindən sui-istfadə edərək öz çirkin əməllərini davam etdirirlər.

Bunlardan biri olan Qəbələ DSMF müdiri Elçin Əliyevi nümünə kimi göstərə bilərik. Elçin Əliyevə himayadarlıq edən vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri Əjdər Ol adlanan şəxs hal-hazırda vəzifədə deyil, iş o həddə çatıb ki, artıq Elçin Əliyev ona daydaylıq edən şəxsin vurulmasından belə nəticə çıxarmır. Məlumatlı mənbənin sözlərinə görə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısına yaxın olan, indi isə onun qara əməllərini ört-basdır etməkdə bilvasitə yardımçı olan rayon icra başçısı Səbuhi Allahverdiyevdir. Mənbənin verdiyi məlumta görə Elçin Əliyev Bakının dəbdəbəli yerlərindən birində özünə imarət tikdirmişdir. Sayı-hesabı bilinməyən mülkləri olan Elçin Əliyev hətta turistləri belə monopoliyaya alıb, çirkli pullar qazamaqda davam edir. Belə ki, Qəbələdə olan evlərini rayona istirahətə gələn turistlərə daha ucuz qiymətə verərək qanunsuz yollarla çirkli pullar qazamaqla məşğuldur. Elçin Əliyev haqqında araşdırmamız silsilə olaraq davam edir. Ümidvarıq ki, bu yazıdan sonra vaxtilə qatı müxalifətçi olaraq ölkə məmurları əlehinə çirkli təbliğatlar aparan Elçin Əliyev haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyin olunmuş yeni nazir Sahil Babayev ölçü götürəcək. (Azerbaycanrealligi)

Araşdırmamız davam edir.

23-06-2018, 14:09



Fikirlər