Kreml Sarayında Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək

Kreml Sarayında Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək


İyunun 21-də Rusiya Dövlət Kreml Sarayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, “Kreml Baleti” Teatrının təqdim edəcəyi tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın Xalq Artisti Andrey Petrov, rəssamı SSRİ Xalq Rəssamı, akademik Tahir Salahovdur.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə səhnələşdirilən tamaşa “Kreml Baleti”nin ifasında artıq uzun illərdir ki, təkcə Rusiyanın deyil, digər ölkələrin səhnələrində də uğurla nümayiş etdirilir. Bu, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin Rusiyada ilk səhnə quruluşudur.

Tamaşa “Orfey” simfonik orkestrinin müşayiəti ilə nümayiş etdiriləcək.



Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

19-06-2018, 13:33



Fikirlər