Daha bir pambıq zəhərlənməsi - Onlarla fəhlə xəstəxanaya aparıldı

Daha bir pambıq zəhərlənməsi - Onlarla fəhlə xəstəxanaya aparıldı


İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Realnews.az report-a istinadən xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərləniblər. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən report-a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

19-06-2018, 13:20



Fikirlər