20-dən çox dövlət başçısı Rusiyada toplaşır

20-dən çox dövlət başçısı Rusiyada toplaşır


Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində 20-dən çox dövlət başçısı iştirak edəcək.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, bunu turnirin təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

Dünya çempionatının açılış mərasimi iyunun 14-ü ilk matçdan yarım saat əvvəl Moskvanın "Lujniki" stadionunda başlayacaq. Turnirin ilk matçında isə Bakı vaxtı ilə saat 19:00-da ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı qarşılaşacaq.

Qeyd edək ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

13-06-2018, 13:27



Fikirlər