""Cənub Qaz Dəhlizi" Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək"

""Cənub Qaz Dəhlizi" Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək"


"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Avropa Enerji və Resurs Təhlükəsizliyi Mərkəzinin elmi əməkdaşı Slavomir Raşevski deyib.

Ekspert Azərbaycanın bu layihənin təşəbbüskarı və iştirakçısı olduğunu çox müsbət amil hesab edir:

"Bakı üçün burada iki vacib məqam var - iqtisadi və siyasi. İqtisadi tərəfi çox sadədir: "Cənub Qaz Dəhlizi" vasitəsilə ölkə enerji resurslarının satışından gəlirləri artıracaq. Siyasi baxımdan isə layihə Azərbaycanın regionda rolunu artıracaq, Bakının enerji resurslarının etibarlı tədarükçüsü kimi imicini möhkəmləndirəcək".

S.Raşevskinin sözlərinə görə, bu layihə Avropa bazarlarına qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirməyə imkan verəcək:

"Hesab edirəm ki, bu layihə enerji ehtiyatlarının şaxələndirilməsi baxımından böyük imkanlar təqdim edir".

30-05-2018, 17:12



Fikirlər