Paşinyanın Consona zəngi: prankerlər XİN başçısını ələ saldılar - VİDEO - FOTO

Paşinyanın Consona zəngi: prankerlər XİN başçısını ələ saldılar - VİDEO - FOTO


Rusiyanın ən məşhur prankerləri, qalmaqalları tükənməyən Vladimir Kuznetsov və Aleksey Stolyarov Britaniyanın XİN başçısı Boris Consona zəng vurub ələ salıblar.

"Leksus" və "Vovan" kimi tanınan prankerlərin söhbəti zamanı "Vovan", yəni V.Kuznetsov özünü Ermənistanın baş naziri Nikol Paşinyan kimi təqdim edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, N.Paşinyanla danışdığına şübhə etməyən Boris Conson deyib: "Rusiyaya qarşı təzyiqləri davam etdirəcəyik. Qorxuram ki, Rusiya bu və digər formada düşmən fəaliyyətini dayandırmayacaq. Onların qarşısını almalıyıq. Rusiyalılar bilməlidir ki, Britaniya onların səylərini puça çıxarmaq qətiyyətindədir".

Boris Conson daha sonra söyləyib: "Rusiya prezidenti Putinin ətrafındakı oliqarxlara da təzyiqldər davam edəcək".

"Nikol Paşinyan" isə söyləyib ki, Rusiya prezidenti Putinlə görüş zamanı "Noviçok"dan istifadə edilməklə onu zəhərləməyə çalışacaqlarından qorxur.

Conson cavabında deyib: "Narahat olmayın. Yeni "soyuq savaş"a başlamaq olmaz. Britaniyada bunu kimsə istəmir. Şəxsən mən hesab edirəm ki, Yuliya və Sergey Skripalları "Noviçok"la öldürməyə çalışmaqla Rusiya çox pis, çox böyük səhv etdi".

Britaniyanın XİN başçısı əmindir ki, İngiltərənin Solsberi şəhərində Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalla qızı Yuliyanı zəhərləmək əmrini şəxsən Putin verib.

25-05-2018, 12:06



Fikirlər