Sabirabadda 26 yaşlı qadın intihar edib

Sabirabadda 26 yaşlı qadın intihar edibFaktla bağlı cinayət işi açılıb.

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Realnews.az oxu.aza istinad xəbər verir ki, Sabirabad rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Sabirabad rayonunun Polad Toğayı kənd sakini, 1988-ci il təvəllüdlü Rəsulova Zeynəb Elman qızının meyiti bu gün günorta saatlarında asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi istintaq tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

3-12-2014, 22:24



Fikirlər