ADGTT Formula 1 günlərində

ADGTT Formula 1 günlərində


#CƏMİYYƏT#MƏDƏNİYYƏT#AVTOİDMAN#AZƏRBAYCAN#FORMULA 1#F1#F1BAKU#AZERBAİJANGP
ADGTT-nın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, paytaxtımız üçün əlamətdar olan Formula 1 Azərbaycan Qran Prisi günlərində ADGGT-da özəl repertuar tərtib etmişdi. Belə ki, aprelin 26-da tamaşaçılara Lineyn trilogiyası əsasında Martin Makdonaxın "Konnemarada bir kəllə", 27-si "Yalqız Qərb" , 28-i L.Nurenin "Mən gəldim qızlar" 29-u isə "Aydın" tamaşaları təqdim edildi. 27-29 aprel tarixlərində və eləcə də ay boyunca bütün axşam tamaşaları sinxron və titrlərlə nümayiş olundu. Formula 1 çərçivəsində dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə əsərlərini repertuarımıza daxil etmişik. İnanıram ki, şəhərimizin qonaqları teatrlarımızla tanış olmağa zaman tapdılar"

Onu da qeyd edək ki, tamaşalar zamanı ingilis dilində subtitrlərin tətbiqi yarış bitdikdən sonra da davam etdiriləcək. Tərcümə etdiyimiz tamaşalar repertuar müddətində daim işlək olacaq. Digər bir hal isə ondan ibarətdir ki, hazırda tərcümə edilmiş tamaşalardan hər hansı biri digər xarici ölkələrdə festivala dəvət alarsa, biz həmin tamaşanı orada təqdim edə bilərik.

Tamaşaları izləyənlər arasında Türkiyə, İran və Rusiyadan gəlmiş turistlər var idi. "Yalqız Qərb" tamaşanı izlədikdən sonra qonaqlar şəhərimiz haqqında təəssüratlarını bölüşüblər və razılıqlarını ifadə ediblər. İtaliya, Türkiyə, Rusiya, İran və Pakistandan gəlmiş qonaqlar tamaşanın koloriti, eləcə də teatr binasının orijinal dizaynı ilə bağlı fikirlərini bölüşüblər.

30-04-2018, 17:00



Fikirlər