Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Realnews.Az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi "VAZ-2107" və Elmar Tağızadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

11-04-2018, 09:37



Fikirlər