Tər halva necə bişirilir? - HAZIRLANMA QAYDASI

Tər halva necə bişirilir? - HAZIRLANMA QAYDASI

Halva Azərbaycanın ən qədim milli şirniyyatlarından biridir. Hər bölgəmizin özünəməxsus halvası var. Milli.Az ailem.az-a istinadən tər halvanın reseptini təqdim edir.

Ərzaqlar:

400 qr əla növ buğda unu

200 qr ərinmiş yağ

250 qr bəhməz və ya 200 qr şəkər tozu

2 qr darçın

Hazırlanma qaydası:

Tavada qızdırılmış yağa un əlavə edib, qızılı rəng alana qədər qovurun. Sonra ona bəhməz və ya şəkər şərbəti qatıb, fasilə vermədən qarışdıraraq qızdırın. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar. Bu zaman halvanın keyfiyyəti yaxşılaşır.

Nuş olsun!

10-04-2018, 11:25



Fikirlər