Boltun model sevgilisi karnavala qatıldı - FOTO

Boltun model sevgilisi karnavala qatıldı - FOTO

Dünyanın ən məşhur yüngül atleti, yamaykalı Useyn Boltun 5 ildən bəri sevgilisi olan Kesi Bennet Yamaykada keçirilən karnavala qatılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, "Victoria's Secret" brendinin modeli olan 28 yaşlı yamaykalı model Kinqston şəhərinin Oşo Rios bulvarında çəkdirdiyi fotoları İnstagram-dakı profilində paylaşıb.

31 yaşlı Useyn Bolt isə futbolçu karyerasına başlamaq niyyətindədir. O, Almaniyanın "Borussiya" (Dortmund) klubunda məşq edir.

10-04-2018, 11:14



Fikirlər