WhatsApp istifadəçilərinə - VİRUS XƏBƏRDARLIĞI

WhatsApp istifadəçilərinə - VİRUS XƏBƏRDARLIĞICiddi təhlükə var.

Beynəlxalq antivirus şirkəti ESET-in mütəxəssisləri WhatsApp istifadəçilərini, bu proqramın köməyi ilə internet-fırıldaqçılarının onları pullu servislərə abunə edə biləcəkləri barədə xəbərdar ediblər.

Oxu.Az-ın məlumatına görə, ESET-in mətbuat xidmətindən xəbər verildiyi kimi WhatsApp mesencerində noyabr ayında yeni funksiya - mesajların oxunması indikatoru yarandı (ikiqat mavi işarə). Bir boz işarə mesajın mesencerinin serverinə, iki boz işarə mobil qurğuya daxil olduğunu, iki mavi işarə isə istifadəçi tərəfindən oxunduğunu bildirir.

Yenilik bütün istifadəçilər tərəfindən müsbət qarşılanmadı. Amma hal-hazırda bu funksiyadan yaxa qurtarmaq mümkün deyil, bunu şirkətdə bildiriblər. ESET mütəxəssislərinin sözlərinə görə, yeni funksiyadan kiber-cinayətkarlar da istifadə ediblər. Onlar Facebook, Twitter və digər sosial şəbəkələrdə oxuma indikatorunu ləğv etmə təklifi olan müraciətlər paylaşırlar. Bunun üçün təqdim edilən keçiddən istifadə etmək və orada göstərilən qaydalara riayət etmək lazımdır.

Amma bu link ilə istifadəçilər mobil telefonun nömrəsinin daxil edilməsi tələb olunan formalı veb-səhifəyə keçirlər. Ekspertlər bildiriblər ki, öz nömrəsini onlar üçün formaya daxil edən istifadəçi WhatsApp mesajların oxuma indikatorundan yaxa qurtarmayacaq. Amma bahalı SMS-servislərinə abunə, fişinq saytlara və zərərli PT müstəvisinə keçə bilərlər. Əlavə edək ki, ESET-in məlumatına görə cari ilin payızına qədər WhatsApp istifadəçilərinin sayı 600 milyona çatıb.

3-12-2014, 22:12



Fikirlər