"Liverpul" - "Mançester Siti" : De Bruyne üçün mövsümün antirekordu

"Liverpul" - "Mançester Siti" : De Bruyne üçün mövsümün antirekordu

Liverpul" Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" üzərində 3:0 hesablı qələbə qazanmaqla cavab görüşü öncəsi böyük üstünlük əldə edib. Bu mövsüm rəqiblərin qorxulu yuxusuna çevrilən "Siti"də həm komanda, həm də fərdi futbolçuların statistikası ürəkaçan olmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mançester klubunun liderlərindən biri Kevin de Bruyne kəskin ötürmələrin sayına görə mövsümün antirekorduna imza atıb. Belçikalı yarımmüdafiəçi "Liverpul"la qarşılaşmada 8 dəfə həlledici ötürmə verməyə çalışıb. Bunları yalnız 1-i (13%) onun komanda yoldaşına çatıb. 1/4 finalın ilk qarşılaşmasına qədər De Bruynenin kəskin ötürmələri orta hesabla 45% dəqiq alınırdı. Premyer Liqada bu göstərici 54% təşkil edirdi.

"Manchester Siti"nin "Liverpul"la oyunda fərqlənməməsi isə təbii qəbul olunmalıdır. Qvardiolanın komandası oyun ərzində rəqibin qapı çərçivəsinə 1 dəqiq zərbə belə endirə bilməyib. "Şəhərlilər"in qapı çərçivəsinə endirilən zərbələrə görə orta göstəricisi Çempionlar Liqasında 5.6, Premyer Liqada isə 7.2-dir.

Yarımfinala çıxmaq yolunda daha şanslı görünən "Liverpul" isə turnirdə orta məhsuldarlığa görə liderdir. "Qırmızılar"ın bu mövsüm hər oyununa təxminən 3.44 qol düşür. Bu baxımdan ikinci ÇL-da mübarizəni dayandıran PSG (3.38), üçüncü isə "Real"dır (2.78).

Mersesayd klubunun yarımmüdafiəçisi Ceyms Milner isə ən çox məhsuldar ötürmə verənlərin siyahısına başçılıq edir. Təcrübəli havbek 7 assistlə yadda qalıb. Roberto Firmino (Liverpul), Kevin de Bruyne (Manchester Siti) və Dele Alli (Tottenham) hərəyə 4 ötürmə ilə sonrakı yerləri bölüşdürür.

5-04-2018, 12:54



Fikirlər