Cənubi Koreyada qəzaya uğrayan qırıcı təyyarənin pilotlarının öldüyü güman olunur

Cənubi Koreyada qəzaya uğrayan qırıcı təyyarənin pilotlarının öldüyü güman olunur

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin dağa çırpılan F-15K qırıcı təyyarəsinin hər iki pilotunun həlak olduğu güman edilir.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Şimali Qyonqan vilayətində müvafiq tapşırığı yerinə yetirdikdən sonra Dequ şəhərindəki hərbi bazaya qayıdarkən qəzaya uğrayan təyyarənin qalıqları tapılıb. Hələlik pilotlar tapılmasa da, onların böyük ehtimalla öldüyü güman olunur.

Qeyd edək ki, bu, 2006-cı ildə F-15K qırıcısının gecə uçuşu vaxtı dənizə düşərək qəzaya uğramasından sonra bu tip təyyarə ilə əlaqədar ilk qəzadır. Həmin qəzada da hər iki pilot həlak olmuşdu. Cənubi Koreya Hərbi Hava Qüvvələrinin arsenalında ABŞ istehsalı olan 60-dan çox F-15K qırıcı təyyarəsi var.

5-04-2018, 12:52



Fikirlər