Beyləqanda ev yanıb

Beyləqanda ev yanıb

Beyləqan rayonunda yanğın baş verib.

FHND-dən Milli.Az-a verilən məlumata görə, rayonun Şərq qəsəbəsində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evin (tikintisi başa çatmayan) 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

5-04-2018, 12:49



Fikirlər