7 yaşlı uşağı bel ilə döydü - XƏSTƏXANALIQ ETDİ

7 yaşlı uşağı bel ilə döydü - XƏSTƏXANALIQ ETDİ
Cəlilabad rayonunda 7 yaşlı uşaq bel ilə döyülüb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhərin H.Aslanov küçəsində yaşayan, 2011-ci il təvəllüdlü Quliyev İbrahim Samid oğlu baş nahiyəsində bel ilə döyülərək baş və kürək nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

4-04-2018, 08:01



Fikirlər