"Real"a qarşı şansımız yoxdur" - "Yuventus"un baş məşqçisi

"Real"a qarşı şansımız yoxdur" - "Yuventus"un baş məşqçisi


"Belə bir komandaya qarşı oynadığınız zaman daha şanslı olmalısınız. Ronaldonun pis günündə olmasını gözləmilisiniz. İkinci qola kimi çox yaxşı müdafiə olunduq.Bəzi qol epizodlarını dəyərləndirmədik, əvəzində Ronaldo qol vurdu. Ancaq bu, gözlənilməz deyil. Dalbadal 10 matçda qol vuran birindən bəhs edirik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalında "Real"a 0:3 hesabı ilə uduzduqları ilk oyundan sora deyib.

Təcrübəli mütəxəssis bildirib ki, hesabın belə bitməsi onları məyus edib: "İki cavabsız qolla uduzsaydıq, cavab oyunu üçün ümidlərimiz ola bilərdi. Ancaq indi demək olar ki, növbəti mərhələyə yüksəlmək şansımız yoxdur. Oyunçuların tənqid etməyəcəm. Çünki dünyanın ən yaxşı oyunçularına qarşı oynadıq və bir neçə səhv ucbatından məğlub olduq".

4-04-2018, 07:56



Fikirlər