OPEK+ sazişinin müddəti yenə uzadıla bilər - 6 ay

OPEK+ sazişinin müddəti yenə uzadıla bilər - 6 ay

"Neft hasilatının azaldılması barədə OPEK+ sazişində iştirak edən bir sıra ölkələr sənədin müddətinin daha altı ay uzadılmasını təklif edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Cabbar əl-Laibi deyib.

Nazir bu təkliflə hansı ölkələrin çıxış etdiyini açıqlamayıb.

Xatırladaq ki, OPEK və bu quruma daxil olmayan ölkələr 2016-cı ilin sonunda Vyanada neft hasilatının azaldılması barədə razılığa gəlmişdi. Sazişin müddəti iki dəfə uzadılıb. Hazırda bu saziş 2018-ci ilin sonunadək qüvvədədir.

28-03-2018, 12:38



Fikirlər