Superkompüter üzrə tanınmış mütəxəssis ADNSU-da mühazirələr oxuyur

Superkompüter üzrə tanınmış mütəxəssis ADNSU-da mühazirələr oxuyur


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) superkompüterlər üzrə tanınmış mütəxəssis, professor Ehsan Musəvi kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələr üçün HPC üzrə mühazirələr oxuyur.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, mühazirə bu ali məktəbin ümumi və tətbiqi riyaziyyat kafedrasının nəzdində fəaliyyət göstərən HPC elmi mərkəzi tərəfindən təşkil olunub.

Kafedranın gənc müəllimlərinin də dinləyici qismində iştirak etdikləri mühazirələrin aprel-iyun aylarında da davam etdirilməsi nəzərdə tutulub.

27-03-2018, 11:51



Fikirlər