"Neftçi"nin hücumçusu "Milan" klubunun toplanışında

"Neftçi"nin hücumçusu "Milan" klubunun toplanışında

"Neftçi" klubunun futbolçusu Lorenzo Mezzotero ənənəvi olaraq hər il keçirilən "Milan günləri" toplanışında iştirak edib.

Milli.Az report-a istinadən xəbər verir ki, toplanışa 33 ölkədən 2003-2004 və 2007-2008-ci il təvəllüdlü 306 uşaq və yeniyetmə qatılıb. 2008-ci il təvəllüdlü Lorenzonun oyunu və potensialı klubun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, "Milan" ölkə xaricində oynayan istedadlı italiyalı futbolçulara hər il dəvət göndərərək, onların hazırlıq səviyyəsini yoxlayır. "Neftçi" İtaliya təmsilçisinin dəvətini müsbət dəyərləndirərək, Lorenzo Mezzoteronun toplanışda iştirak etməsi üçün lazımi şəraiti yaradıb. Martın 30-da "Neftçi"yə qoşulacaq Mezzotero aprelin 6-da start götürəcək "İzmir Cup" turnirində komandasının heyətində olacaq.

27-03-2018, 11:50



Fikirlər