Bayram günlərində Beynəlxalq Avtovağzaldan 150 minə yaxın sərnişin daşınıb

Bayram günlərində Beynəlxalq Avtovağzaldan 150 minə yaxın sərnişin daşınıb

Sərnişin daşımalarının müasir standartlara uyğun həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BAK) quruculuq və təmir-bərpa işlərinin aparılmasına baxmayaraq, kompleks hər il olduğu kimi, bu Novruz bayramı ərəfəsində də xüsusi iş rejimində fəaliyyət göstərib.

BAK-dan Milli.Az-a verilən məlumata görə, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə Kompleks martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb. Belə ki, adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5200-dən çox reyslə 140 mindən çox sərnişin daşınıb. Müqayisə üçün qeyd edək ki, ötən il Novruz bayramı günlərində 4866 reyslə 123 mindən artıq sərnişin daşınmışdı.

Bayram günlərində ən çox sərnişin sıxlığı martın 19-da müşahidə olunub. Həmin gün 700-dən artıq reyslə 18 800-dən çox sərnişin yola salınıb.

Qeyd edək ki, ötən illərlə müqayisədə onlayn bilet satışında da aktivlik müşahidə olunub.

27-03-2018, 11:45



Fikirlər