İlham Əliyevin Ərdoğanla müzakirə edəcəyi məsələlər AÇIQLANDI

İlham Əliyevin Ərdoğanla müzakirə edəcəyi məsələlər AÇIQLANDIAzərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. RealNews.az Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.
Ölkə prezidentləri regional və beynəlxalq vəziyyətlə bağlı müzakirə aparacaq. Bundan başqa, dövlət başçıları iki ölkə arasında münasibətləri də müzakirə edəcəklər.

13-01-2015, 22:17



Fikirlər