Azərbaycanda cinayət törədən azyaşlı uşaqların dəhşətli statistikası

Azərbaycanda cinayət törədən azyaşlı uşaqların dəhşətli statistikası

"Ötən il Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən və onların iştirakı ilə 532 cinayət törədilib".

Bu barədə Sonxeber.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov məlumat verib.

Məlumatda qeyd edilib ki, 14-17 yaşda olan 486 nəfər uşaq cinayət törədib.

Onlardan 31 uşaq isə qəsdən sağlamlığa ağır zərər vurmaqla, 2 nəfər isə zorlamaya cəhd edərək cinayət törədib.

Həmçinin bildirilib ki, 254 nəfər oğurluğa, 14 nəfər soyğunçuluğa, 8 nəfər quldurluğa, 10 nəfər dələduzluğa, 29 nəfər xuliqanlığa 4 nəfər isə narkotik vasitələrlə bağlı cinayət edib

Aysel Kərimova

15-03-2018, 12:45



Fikirlər