Bakıda kişini avtomobil vurub

Bakıda kişini avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında 1965-ci il təvəllüdlü Mahmudov Rasim Rəhim oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

13-03-2018, 10:34



Fikirlər