Bakıda aptekdə qadın qadını bıçaqladı

Bakıda aptekdə qadın qadını bıçaqladı

Biləcəridə aptekdə işləyən qadın həmcinsi tərəfindən bıçaqlanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, hadisə martın 10-da baş verib.

Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

12-03-2018, 09:02



Fikirlər