Mətbəx sirləri: Qaraciyər "pirojnaları"

Mətbəx sirləri: Qaraciyər "pirojnaları"Qaraciyərdən "pirojnaların" hazırlanma qaydasını təqdim edirik!

Tərkibi:

500 q qaraciyər (istənilən)
1 yumurta
1 soğan
1 yerkökü
1 diş sarımsaq
0,5 ç.q. mərzə (mayoran)
3 x.q. un
duz, istiot

iç:

1 yerkökü
1 soğan
1 diş sarımsaq
şüyüd, göy soğan
duz, istiot
xama
mayonez

Qaraciyərlə soğanı maşından keçirin, yerkökünü sürtgəcin iri gözündən keçirin, yumurta, mərzə, duz, istiot əlavə edin. Yaxşıca qarışdırın. Tavada yağı qızdırın. Qarışıqdan qaşıqla götürüb qaynar yağa qoyun, azca yayın, hər iki üzünü qızardın.
İç: yerkökünü sürtgəcin iri gözündən keçirin, soğanı kubik doğrayın, qovurun. Xama, əzilmiş sarımsaq, duz, istiot vurun, qarışdırın.

Bir "kotlet" götürüb üzərinə iç qoyun, azca doğranmış göy soğan səpin, ikinci "kotleti" üzərinə qoyub mayonez və şüyüdlə bəzəyin.

Nuş olsun!

12-01-2015, 22:04



Fikirlər