Təhsil nazirinin müavini: "Şagirdlər əlavə dərslərlə yüklənməməlidir"

Təhsil nazirinin müavini: "Şagirdlər əlavə dərslərlə yüklənməməlidir"


"Məqsəd tədris proqramlarının sadələşdirilməsidir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, şagirdlərin əlavə dərslərlə yüklənməməsi onların psixoloji durumuna və sağlamlığına yaxşı təsir göstərəcək: "Təhsil Nazirliyi şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsinə xüsusi diqqət yetirir. Bu əsasən məktəbdənkənar mərkəzlərdə həyata keçirilir. Həmin mərkəzlərdə şagirdlərin istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün şərait yaradılır. Bakıda, digər şəhər və rayonlarda 145 belə mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərdə şagirdlər istedadlarını nümayiş etdirə və gələcək peşə istiqamətlərini seçə bilərlər. Burada ekoloji tərbiyyə, texniki yaradıcılıq, incəsnət və mədəniyyət sahələri üzrə şagirdlərin bilik və bacarıqları müəyyən edilir".

27-02-2018, 10:22



Fikirlər