Bakı məktəbindəki rəzalətdə adı hallanan şagirdin valideynindən qorxunc sözlər: "Ölsəm..."

Bakı məktəbindəki rəzalətdə adı hallanan şagirdin valideynindən qorxunc sözlər: "Ölsəm..."


Bakının Sabunçu rayonunda yerləşən 90 nömrəli məktəbdə 5-ci sinif şagirdinin məktəbin direktoru və orada çalışan müəllimə tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.Uşağın valideynləri belə iddia edir. Belində və qolunda göyərmiş izlər var. 5-ci sinif şagirdini müəlliməsi və məktəbin direktoru tərəfindən döyüldüyü iddia edilir.

Sözügedən rəzalətlə bağlı məktəblə əlaqə saxlamağa çalışdıq. 90 nömrəli məktəbin təlim –tərbiyə işləri üzrə direktor müavini Gültəkin Rüstəmova Sonxeber.az-a açıqlamasında bildirib ki, məktəbdə belə bir hadisə olmayıb. Həmin valideyn nevroloji problemləri olan xanımdır. Məktəbin daxili nizam-intizam qaydalarına qəti şəkildə əməl etməyən şagirddir. Hətta o sinifdə digər zəif xəstə uşağı döydüyü üçün biz onu təlim-tərbiyə qaydalarına uyğun olaraq tənbeh etmişik. Lakin, valideyn deyir ki: "mənim uşağım məktəbdə istədiyi hərəkəti edə bilər edəcək də." Kimi istəyir döyə bilər".

G. Rüstəmovanın sözlərinə görə, valideynlər dəfələrlə Cavid Mehdiyevdən məktəb rəhbərliyinə şikayət ediblər. Döyülən uşağın qismən əqli zəifliyi var. Lakin, onun məktəbdən uzaqlaşdırılmasına ehtiyac yoxdur. Biz şagirdin əqli zəifliyi olduğuna görə, onun hüquqlarını qorumağa çalışırıq. Cavid Mehdiyev isə fiziki və əqli cəhətdən zəif olan bir sinif yoldaşını döydüyünə görə, müəllimə onun qolundan tutub kənara çəkib. Daha sonra o, növbətçi müəlliməyə qarşı təhqiramiz ifadələr işlədib:

"Bu şilləni sənə yedizdirəcəyəm".- deyib. C.Mehdiyevin dərsləri zəifdir, ibtidai sinif müəlliməsi dəfələrlə onun haqqında təqdimat yazmışdı. Sadəcə biz heç kimi təhsildən uzaqlaşdıra bilmərik, hər bir halda ona təhsil verməliyik. Həmin şagirdin ailə tərbiyəsi olmadığına görə, biz hazırda sənədləri hazırlayırıq, azyaşlılarla iş üzrə müəssisəyə təqdim edəcəyik. Valideyn uşağının tərbiyəsi ilə düzgün məşğul ola bilmir, çünki 5-ci sinif uşağını o cür aqresiyya ilə böyütmək olmaz. Lakin, valideyn məktəbə gəlib əsəbi olduğunu, uşağının ona düzgün məlumat vermədiyini, öz səhvini anladığını desə biz də bu məsələyə öz humanistliyimizi göstərə bilərik. Əks halda biz hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətindəyik, çünki bir uşağın hüququ tapdanmaq üzrədir. Onların səlahiyyətinə uyğun olaraq Cavid Mehdiyevlə bağılı lazımi tədbirlər görüləcək. Biz məktəb olaraq yalnız onun təhsili, hüquqları ilə dərindən məşğul oluruq".

Dərsin pozulmaması üçün biz Cavid Mehdiyevi direktorun yanına aparmadıq. Biz özümüz direktorla danışdıq və məsələni araşdırmağa çalışdıq. Sinif yoldaşları da ondan şikayət etdilər, onları təhqir etdiyini deyiblər.C.Mehdiyev hamıya aqressiv olduğuna görə valideynləri də qorxu altında saxlayır ki, ondan şikayət etməsinlər. C.Mehdiyevin anası valideynləri şantaj edərək deyir ki: "əsəbiləşib ölsəm günahkar siz olacaqsız, buna görə sizi məhkəməyə verəcəklər. Valideynlər isə çəkindiklərinə görə ondan uzaq durmağa çalışırlar. Döyülən uşağın valideynləri sakittəbiətli insanlardır. C. Mehdiyevin valideyni aqressiv olduğuna görə ondan qorxurlar. Onlar uşağını qorumağı bizdə xahiş ediblər. Bu günə qədər bizim məktəbdə birinci dəfə belə hadisə baş verib. O, uşaq həddini aşan hərəkətəyol verib.

Həmin gün valideyn məktəbə gələrək direktorun ünvanına nalayiq sözlər işlədib. Digər valideynlərə müəlliməni həbs etdirəcəyi ilə hədələyib. Valideyni şagirdə mənfi təsir etməsə Cavid Mehdiyevi təlim tərbiyə qaydalarına uyğun olaraq düzgün hərəkət etmədiyini izah edə bilərik. Cavid ailədə şiddət görən, psixikasınada problem olan şagirddir.

Qeyd edək ki, hadisə Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib. Belə ki,həmin məktəbin 5-ci sinif şagirdi Cavid Mehdiyev evə getdikdə onun valideynləri uşağın qolunda və belində göyərmiş izlərin olduğunu görüblər. Bunun səbəbini soruşduqda isə, o məktəbin direktoru Yasin Quliyev və Elmira adlı müəlliməsi tərəfindən döyüldüyünü bildirib. Cavidin sözlərinə görə,məktəbin həyətində sinif yoldaşı ilə mübahisə edib. Bundan sonra, başqa bir sinif yoldaşı mübahisəni görərək Caviddən Elmira müəlliməyə şikayət edib.

27-02-2018, 10:16



Fikirlər