"Qızıl buts"un 10 iddiaçısı

"Qızıl buts"un 10 iddiaçısı

Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardirinə verilən "Qızıl buts" mükafatına iddiaçıların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırda ən çox xal toplayan 10 futbolçunun siyahısı bəlli olub.

Cədvəldə iki hakimiyyətlilikdir. Hərəyə 24 qol vuran Hari Keynlə Edinson Kavani bütün Avropanı arxada qoyur. Təkcə onların deyil, ilk "onluq"da yer alanların 9-u əmsalı 2-yə bərabər olan çempionatlarda fərqlənib. Yalnız "Benfika"lı Conas 1,5-lik əmsalla "onluğ"a düşə bilib. PSJ və "Barselona" liderlər sırasına daha çox - hərəyə 2 futbolçu verib.



futbolçu

klubu

qol

əmsal

xal

1-2

Hari Keyn

Tottenhem

24

2.0

48.0


Edinson Kavani

PSJ

24

2.0

48.0

3-4

Çiro İmmobile

Latsio

23

2.0

46.0


Mohammed Salah

Liverpul

23

2.0

46.0

5

Lionel Messi

Barselona

22

2.0

44.0

6

Serxio Aquero

Mançester Siti

21

2.0

42.0

7

Conas

Benfika

27

1.5

40.5

8-9

Luis Suares

Barselona

20

2.0

40.0


Robert Levandovski

Bavariya

20

2.0

40.0

10

Neymar

PSJ

19

2.0

38.0

27-02-2018, 10:14



Fikirlər