Bakıda təcili yardım maşını qəza törətdi, xəsarət alan var

Bakıda təcili yardım maşını qəza törətdi, xəsarət alan varBakıda təcilli yardım maşını qəzaya düşüb.

RealNews.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 90 JM 618 dövlət nömrə nişanlı təcilli tibbi yardım avtomobili "VAZ-21099" markalı minik maşını ilə toqquşub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Qəzadan sonra "VAZ-21099" markalı maşın hadisə yerindən uzaqlaşıb. Hadisə baş verən zaman təcilli yardım maşınında xəstə olub. Həmin xəstə hadisə yerinə gələn başqa bir təcilli yardım maşını ilə xəstəxanaya aparılıb.

12-01-2015, 21:55



Fikirlər