Azərbaycan ilə Qətər arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın növbəti ekspert görüşü keçirilib

Azərbaycan ilə Qətər arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın növbəti ekspert görüşü keçirilib


Fevralın 15-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətlərinin iştirakı ilə növbəti ekspert görüşü keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş birinci iclasının yekunlarına dair Protokolun icra vəziyyəti, iqtisadi, ticari və texniki sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.

Görüşdə, həmçinin hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri arasında gələcək əməkdaşlığın prioritetlərinə dair fikir mübadiləsi aparılıb və Komissiyanın növbəti iclasının təşkilinə dair məsələlər müzakirə edilib

15-02-2018, 13:02



Fikirlər