İmişlidə qəza: bir ailədən 3 nəfər yaralandı

İmişlidə qəza: bir ailədən 3 nəfər yaralandıİmişlidə idarəetməni itirən sürücü və iki ailə üzvü yaralanıblar.

İmişli rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Horadiz avtomobil yolunun 101-ci kilometrliyində, Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Yelmar Məmişov sükan arxasında olduğu “Mercedes”lə hərəktədə olarkən dairəvi yol ayrıcında idarəetməni itirib. Avtomobil öncə dairəyə çırpılıb, sonra yoldan çıxaraq kənara düşüb. Qəza zamanı sürücü və onun avtomobildə olan ailə üzvləri, 1962-ci il təvəllüdlü Zəhra Məmişova və 1985-vi il təvəllüdlü Münasib Məmişov xəsarət alıblar. Yaralılar İmişli Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gətiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

12-01-2015, 21:53



Fikirlər