Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək

Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanov doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.

Məlumata görə, 1971-ci il təvəllüdlü Namiq İnayət oğlu Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. Onun Orsk şəhərində tikiş sexi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərkinə işlədirmiş.

Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur.

12-02-2018, 12:20



Fikirlər