Aparıcı veriliş boyu göz yaşlarına hakim ola bilmədi

Aparıcı veriliş boyu göz yaşlarına hakim ola bilmədiAparıcı Günay Firudinqızı “Düzünü desək” verilişində göz yaşlarını saxlaya bilməyib
RealNews.az axşam.az-a istinadən xəbər verir ki, canlı yayımda valideynə sevgini müzakirə edən aparıcı qonaqların fikirlərinə qulaq asıb və ağlamağa başlayıb.

Qonaqlardan biri olan müğənni Mətanət Əsədovanın “Sizin valideynləriniz sağdır. Niyə bu qədər ağlayırsınız” sualına Günay belə cavab verib:

"Gecə çox düşündüm, bu mövzunu müzakirə edim, ya yox? Heç kim məndən xahiş etməyib ki, bunu müzakirəyə çıxarım. İnsan anasını, atasını sevməlidir ki, vətənini də sevsin. Elə düşünməyin ki, valideyn yalnız onu itirənlər üçün dəyərlidir. Burada özümü nümunəvi biri kimi göstərmək istəmirəm. Hər gün işdən çıxandan sonra nə tədbirlərə, nə də kimlərləsə oturmağa gedirəm. Mən işdən sonra evə, valideynlərimin yanına gedirəm. Onlarla oturmaq mənə daha xoşdur".

12-01-2015, 21:49



Fikirlər