Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov Kalmıkiyanın Elista şəhərində “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kalmıkiyanın Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşəcək konsert proqramı kalmık xalqının milli bayramı olan “Çaqan Sar” münasibətilə təşkil olunacaq.

Konsertdə aktyorun ifasında yalnız kalmık və Azərbaycan dilində mahnılar səslənəcək.

Qeyd edək ki, sözügedən konsert proqramında iştirak etmək üçün aktyor hazırda Elista şəhərindədir.

12-02-2018, 12:13



Fikirlər