Hüseyn Cavidin Ev Muzeyində Abşeron məktəbliləri üçün “açıq dərs” təşkil olunub

Hüseyn Cavidin Ev Muzeyində Abşeron məktəbliləri üçün “açıq dərs” təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli tam orta məktəbin şagirdləri üçün “açıq dərs” təşkil edilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda keçirilən dərsdə şagirdlərə mənzum dramaturgiyamızın banisi, görkəmli şair və dramaturq Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeydə görülən işlər haqqında geniş məlumat verilib. Bundan əlavə, muzeyin əməkdaşı Sərvər Şirinov Hüseyn Cavidin “Ana” mənzum dramı və şeirləri haqqında mühazirə oxuyub, məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Sonra şagirdlər muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə tanış olublar.

12-02-2018, 12:08



Fikirlər