Astarada 50-dən çox ailə balıqqulağı toplamaqla çörək qazanır

Astarada 50-dən çox ailə balıqqulağı toplamaqla çörək qazanır

Dəniz sahilindəki balıqqulaqlarını bir-bir toplayır, daha sonra onları ölçülərinə görə ayırd edib, satışa çıxarırlar.

Xeberekspress.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Astara rayonunun Şahağacı kəndindən gedir. Kənd sakinlərinin balıqçılıqdan əlavə ikinci əsas məşğuliyyətləri balıqqulağı toplayıb satmaqdır. Hazırda dəniz kənarında yaşayan 50-dən çox ailənin qazanc mənbəyinə çevrilən balıqqulaqlarının həm ətraf rayonlardan, həm də Bakıdan müştəriləri olur.

Sakinlərin sözlərinə görə, burada çıxarılan balıqqulaqları iriliyinə və rənginin ağ olmasına görə seçilir. Bunlar əsasən bəzi muzey eksponatlarının təmir-bərpasında və suvenirlərin hazırlanmasında istifadə olunur. Balıqqulaqlarının başqa istifadə yerləri də var.

Balıqqulaqları palçıqlı yollarda gediş-gəlişi rahatlaşdırmaq və məzarları alaq otlarından qorumaq üçün, ən əsası isə tikinti zamanı suvaq işlərində geniş istifadə olunur.

Balıqqulaqlarının nəmişliyin aradan qaldırılmasına kömək etdiyi də bildirilir.

10-02-2018, 19:43



Fikirlər