Salyanda pomidor yığımına başlanıb

Salyanda pomidor yığımına başlanıb


Salyanda pomidor yığımına başlanıb.

Xeberekspress.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonda daha çox istixana şəraitində bu təsərrüfatla məşğul olan Kürsəngi kənd sakinləri əkdikləri məhsulun bəhrəsini görürlər.
Təkcə Kürsəngi kəndindəki 5 hektarlıq istixanadan 120 tondan çox məhsul götürülüb. Kənd sakinlərinin sözlərinə görə, məhsulu əsasən Rusiya bazarlarına ixrac edirlər. Novbarlıq məhsulun qiymətləri də fermerləri qane edir.
Fermerlərin dediyinə görə, Salyanda istixana şəraitində yetişdirilən pomidor digər ərazilərdə yetişdirilən məhsullardan daha tez başa gəlir. Buna səbəb isə Mərkəzi Aran coğrafi zonasında qışın sərt keçməməsi, eləcə də günəşli günlərin daha çox olmasıdır.
Qeyd edək ki, rayon ərazisində 131 hektar sahədə istixana kompleksi var. Hazırda 10 hektar sahədə də yeni istixanalar tikilməkdədir. Ötən mövsüm ərzində xarici bazarlara çıxarılan bu məhsulların hesabına 40 milyon manatdan çox gəlir əldə olunub.

10-02-2018, 19:36



Fikirlər