"Nəticədən razı qalmalıyıq" - Roman Qriqorçuk

"Nəticədən razı qalmalıyıq" - Roman Qriqorçuk


"Meydanda iki bərabər gücdə komanda meydanda mübarizə aparırdı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"ın qonağı olublar. Oyun başladığı kimi, 0:0 hesabı ilə nəticələnib.

Ukraynalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Fikrimcə, heç-heçəyə görə nəticədən razı qalmalıyıq. Çox yaxşı komandaya qarşı çıxış edirdik. Rəqibin güclü fərdi ustalığa malik oyunçuları var. Biz onların bu bacarıqlarını zərərsizləşdirdik".

- Bu gün meydanda qələbəyə oynayan "Qəbələ" görmədik. Oyuna bərabərlik üçün çıxmışdınız?

- İlk cavabımda hər şeyi dedim. Əlavəyə ehtiyac yoxdu. "Qarabağ" da həmçinin çempion olmaq istəyir. İstərdik ki, meydanın rəqibə aid hissəsində oynayaq. Amma "Qarabağ" bunu istəmir. Məncə, komandadan razı qalmaq olar.

- Dabonun zədəsi ciddidimi?

- Hələ bilinmir. Sabah və ya birigün daha dəqiq müəyyənləşəcək.

10-02-2018, 19:35



Fikirlər