“Frankofoniya həftələri: mənə bir loqo çək!” müsabiqəsi elan edilib

“Frankofoniya həftələri: mənə bir loqo çək!” müsabiqəsi elan edilib

Azərbaycanda Frankofoniya həftələri loqosunun vizual tərtibatı üzrə müsabiqə elan edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqəni Frankofoniya həftələrinin 2018-ci il (1-14 aprel 2018) buraxılışı münasibətilə Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya və İsveçrənin ölkəmizdəki səfirlikləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu təşkil edir.

Fevralın 7-dən start veriləcək müsabiqəyə təqdim olunacaq loqo Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır.

Beynəlxalq Frankofoniya Təşkilatında üzv və müşahidəçi statusu daşıyan 10 ölkənin səfirlikləri, “Frankofoniya 2017” həftələrinin təşkil etdiyi 20-yə yaxın tədbirində təmsil olunub. Bu il buraxılışın təşkil olunmasında 10-a yaxın təşkilat iştirak edir.

İştirak etmək istəyənlər fevralın 25-dək təkliflərini francophonie@ifa.az elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 ölkədən (58 üzv və 26 müşahidəçi) ibarətdir.

6-02-2018, 14:16



Fikirlər