Olivye Jiru “Arsenal”dan “Çelsi” klubuna transfer edilib

Olivye Jiru “Arsenal”dan “Çelsi” klubuna transfer edilib

Fransalı futbolçu Olivye Jiru “Arsenal” klubundan “Çelsi”yə transfer edilib.

AZƏRTAC London klubunun rəsmi saytına istinadla xəbər verir ki, 31 yaşlı hücumçu “Çelsi” ilə 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıb.

Transfer məbləğinin 20 milyon avro olduğu bildirilir.

Fransalı futbolçu 2012-ci ildən “topçular” klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 180 rəsmi oyuna çıxıb və 73 dəfə fərqlənib.

O.Jiru “Çelsi”də 18 nömrəli formada meydana çıxacaq.

1-02-2018, 09:24



Fikirlər