"Azərbaycan şou-biznesi mənim üçün bitib" - İlham Mirzəyev Türkiyədə çalışacaq

"Azərbaycan şou-biznesi mənim üçün bitib" - İlham Mirzəyev Türkiyədə çalışacaq

Azərbaycan şou-biznesi mənim üçün bitib. Bundan sonra heç bir verilişdə çalışmayacam. 23 il sözümü dedim, bəsdir. İndi başqa sahədə özümü sınayacam.

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı İlham Mirzəyev deyib.

Uzun müddətdir aparıcılıqdan uzaqlaşan Mirzəyev indi aktyor kimi tamaşaçıların qarşısına çıxacağını söyləyib. O bildirib ki, telekanallardan təkliflər alır:

"Bütün kanallar məni dəvət edirlər, amma getmirəm. Heç vaxt şou xarakterli veriliş aparmamışam. Artıq özümü başqa bir işdə sınayacam. Türkiyə ilə mənim əvvəl layihələrim var idi. Bir çox məşhurla müsahibələr etmişdim. İndi həmin layihəni davam etdirmək üçün Türkiyədən dəvət almışam. Bir də qardaş ölkədə seriala çəkilmişəm. Yeni bir ekran işidir. İnanıram ki, davamlı olacaq. Aktyorluq fakültəsini oxumuşam, indi bu peşəmdən istifadə edirəm. Serialın anonsları gələn ayın 10-dan etibarən bütün kanallarda gedəcək. Baş rolda deyiləm. Amma onu da üstələyəcəm. Artıq Türkiyə şou-biznesi ilə çalışıram. Hətta Bakıda oranın məşhur ulduzlarının konsertlərini ecdəcəm".

İ.Mirzəyev verilişlərdən də söz açıb. O, aparıcıların əksəriyyətini qeyri-peşəkar adlandırıb:

"Azərbaycan tamaşaçısının marağını sosial mövzular çəkir. Mənim bu gün bəyəndiyim aparıcılar Zaur Kamal, Zaur Baxşəliyev və Elgiz Əkbərdir. Digərlərinin aparıcılıqdan xəbəri yoxdur. 23 il əvvəl mənim dediyim sözləri təkrarlayırlar. Heç kimi şou üçün ağlatmadım. Adım da qalmışdı "adamağladan". Gəlib danışırdılar, başlayırdılar ağlamağa".

23-01-2018, 09:43



Fikirlər