Teleqüllə yaxınlığında Seysmoloji Mərkəzin cihazları quraşdırılıb - YENİLƏNİB

Teleqüllə yaxınlığında Seysmoloji Mərkəzin cihazları quraşdırılıb - YENİLƏNİB


13:21

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində monitorinq aparır.


Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, sürüşmə sahəsində Mərkəzin seysmoloji və geofiziki cihazları da quraşdırılıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı faktı təsdiqləyib.

Onun sözlərinə görə, monitorinqin nəticələri ərazidə aparılan tədqiqat işləri yekunlaşdırılandan sonra hesabat şəklində təqdim olunacaq.

Qeyd edək ki, "Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub - şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

-----------

12:00

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, "Teleqüllə" sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər: "Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb".

Ə. Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.

Qeyd edək ki, "Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub - şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

23-01-2018, 09:24



Fikirlər