Yevlax sakini həmyerlisini ölümcül yaraladı

Yevlax sakini həmyerlisini ölümcül yaraladı

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayon sakini Quliyev Məhərrəm Alı oğlu həmyerlisi Məmmədov Fidar İsrafil oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində M.Quliyev F.Məmmədovu öldürməyə cəhd edib və ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən M.Quliyev saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinaytət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

22-01-2018, 07:35



Fikirlər