Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

Milli.Az report-a istinadən xəbər verir ki, sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen iclasda çıxış edəcək.

Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan AŞPA deputatları qarşısında məruzə edəcək.

Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var.

Sessiya yanvarın 26-da başa çatacaq.

22-01-2018, 07:33



Fikirlər