“Məndən o öpüşləri gözləmə” - Aygünün cavabını verdi

“Məndən o öpüşləri gözləmə” - Aygünün cavabını verdi

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Tünzalə Ağayeva arasında yeni qalmaqalın təməli qoyulub.

Xeberekspress.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəfələrlə tədbirlərdə salamlaşmayan, bu barədə mətbuatda xəbərləri dərc edilən hər iki məşhur arasında soyuq müharibəyə start verilib.

Ağayeva mətbuata bir müddət əvvəl Kazımova ilə münasibətinin normal olduğunu desə də, ötən gün "ATV maqazin onlarla" verilişində xalq artistinə sərt bir şəkildə ismarıc yollayıb. Əməkdar artist həmkarına salam verməməyinin səbəbini də izah edib:

"Qarşı tərəfdən nə görürəmsə, eyni layiqli cavab verirəm. Mənə olan sayğı və sayğısızlığı qarşılıqsız qoymamışam. Hər şey qarşılıqlıdır. Mənə qarşılıqlı hörmət qoyursa, öpərək gözümün üstünə qoyuram. Qarşılıq yoxdursa, məndən o öpüşləri gözləməyin. Detallara girməyi sevmirəm. Özünə pop ulduz deyən insan başqalarını özünə borclu saymasın. Heç kim! Hər kəs bir yol keçir, çətinlikləri dəf edir. Tünzaləni Allah bu səhnəyə gətirib, kiminsə 15 balı gətirməyib.

Simvolik bir jüri olub. Orada başqaları da otura bilərdi. Orada əyləşən artistlər Tünzaləyə rəy bildirməli idilər. Və mənə mümkün deyildi ki, onlar 1 bal versinlər. "Bakı Payızı"nda yanımda duran rəqiblərə baxanda mənə 10 bal verməli idilər, başqa variant yox idi. Onu əlində bayraq etməyin heç bir məntiqi yoxdur".

Bu məqamda bildirək ki, Tünzalə sözügedən proqramın "Hit parad" rubrikasında Kazımovanın əzəli düşməni Natavan Həbibini birinci edib.

22-01-2018, 07:32



Fikirlər