Müşfiq Rafaellə Coşqunun əməliyyatından danışdı

Müşfiq Rafaellə Coşqunun əməliyyatından danışdı


Ayrı-ayrı şəhərlərdə oldular. Rafaeldə endoskopik müayinə idi. Coşqunda isə burun əməliyyatı idi. Çəpər əyriliyi idi. Burunda həm də kista müəyyən oldu

Milli.Az bildirir ki, bu sözləri ARB TV-nin "Günə son" verilişinə telefonla bağlantı zamanı açıqlamasında "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov deyib.

Müşfiq daha sonra konsertləri barədə söhbət açdı:

"Bu dəfə birinci Bakıda olmayacaq. İlk konsert Gəncədə, Sumqayıtda sonra Bakıda olacaq. Daha sonra isə Naxçıvana gedəcəyik".

18-01-2018, 10:31



Fikirlər