İraq ordusu daha 25 "İŞİD" üzvünü zərərsizləşdirib

İraq ordusu əl-Ənbarın Bu-Rişə bölgəsində 25 terrorçunu öldürübİraq ordusu daha 25 "İŞİD" üzvünü zərərsizləşdirib

İraq ordusu əl-Ənbar əyalətinin Bu-Rişə bölgəsində "İŞİD" silahlılarını mühasirəyə saldıqdan sonra onlara ağır zərbələr endirib.

İnterAz-ın "Sumariya" agentliyinə istinadla verdiyi xəbərə görə, hücum zamanı 25 "İŞİD" üzvü öldürülüb və onlara məxsus hərbi texnikalar sıradan çıxarılıb.

Amma ölkənin Səlahəddin əyalətində Samirrə şəhəri ilə Bağdadın arasında yerləşən Ducayl rayonu ərazisində "İŞİD" terrorçuları könüllü briqadalara zərbələr vurublar. Məlumata görə, burada Əbul-Fəzl Abbas batalyonuna edilən hücumda 6 könüllü həlak olub və daha 12 nəfər yaralanıb.

9-01-2015, 19:33



Fikirlər