D.Mundi: Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparmaları üçün hər cür şərait yaradılıb

D.Mundi: Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparmaları üçün hər cür şərait yaradılıb Böyük Britaniyanın Kembric Universitetinin elmi işlər üzrə direktoru, doktor Devid Mundi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub.

İnstitutdan AzərTAc-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla keçirilən görüşdə Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, dünya standartlarına cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələr barədə müzakirələr aparılıb.

Sonra qonaq institutun innovasiya sektorunda fəaliyyət göstərən “Keçirici elektron mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron paramaqnit rezonansı), AFM (Atom qüvvət mikroskopu) və digər cihazlarla, həmçinin gənc alimlərin elmi fəaliyyətləri ilə tanış olub.

Sonda D.Mundi qeyd edib ki, Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparmaları üçün hər cür şərait yaradılıb.

9-01-2015, 19:28



Fikirlər